📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"AŞPA-nın Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun nüfuzuna ciddi xələl gətirir" - VÜQAR BAYRAMOV

2024-01-25 12:24:19

"Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatçılıq keçirməkdədir"

"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun özünün nüfuzuna ciddi xələl gətirir". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkilinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatçılıq keçirməkdədir: "Fransanın təsir dairəsində olan başqa digər qurumlar kimi AŞPA da "sıfır cəmli" oyun oynayır. Qafqazda dayanıqlı sülhə nail olmaq üçün isə həmin qurumların "uduş-uduş" (win-win) strategiyasına ehtiyac var idi. Azərbaycan postsovet məkanında münaqişəyə cəlb olunan ölkələr arasında öz ərazi bütövlüyünü və suverenliyini ilk bərpa edən dövlətdir. Təəssüf ki, bu reallığı bir sıra beynəlxalq qurumlar həzm edə bilmir. Bunun isə bircə adı var: Rasizm".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az