"Associated Press": isveçli azarkeşlərə hücum Qəzza zolağındakı eskalasiya ilə bağlı deyil
2023-10-17 12:07:06
Belçikanın baş naziri De Kro isveçli azarkeşlərə hücum edənin ölkədə qeyri-qanuni yaşayan tunisli olduğunu bildirib. Səlahiyyətlilər qeyd edirlər ki, “heç bir şey bu hücumla İsrailin HƏMAS-la son müharibəsi arasında əlaqə olduğunu göstərmir”. Bu barədə "Associated Press" bildirib.
Ədliyyə naziri Kvikenbornun sözlərinə görə, neytrallaşdırılmış cinayətkara 2019-cu ildə sığınacaq verilməkdən imtina edilib. "Polis ondan xəbərdar idi, belə ki, o, insan alverində, habelə dövlət təhlükəsizliyinə təhdiddə şübhəli bilinirdi. Adam radikal fikirlərə sahib idi və “müqəddəs müharibədə” iştirak etmək üçün xaricə getməyi planlaşdırırdı", deyə nazir bildirib.
Ülviyyə, Hurriyyet.az