Astana Bakının Xəzərlə bağlı təşəbbüsünü dəstəklədi
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Qazaxıstan Azərbaycanın Xəzərin suyunun çəkilməsinin qarşısını almaq təşəbbbüsünü dəstəklədiyini bəyan edib. Bu problem bütün sahil ölkələrini əhatə edir və vaxtında addımlar atılmasını tələb edir.
Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Moskvada keçirilən Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin sammitinin gedişində Astananın Bakının bu təşəbbüsünü dəstəklədiyini bildirib.
Nazir deyib: “Xəzər dənizi unikal ekosistem obyektidir və onun vəziyyəti sahil dövlətlərinin təbiətinə və həyatına birbaşa təsir göstərir. Ona görə də, onun ekoloji təhlükəsizliyinin təmin edilməsi bizim ümumi vəzifəmiz sayılır”. Murat Nurtleu Qazaxıstan Prezidentinin təşəbbüsü ilə ölkədə Xəzərin tədqiqi üçün elmi-tədqiqat insitutunun yaradılacağını, alimlərin dənizin dayazlaşmasının səbəblərini araşdıracağını söyləyib.
Hürr Tərcüman