Astana danışıqları başladı: Rusiya ilə Türkiyə təmsilçiləri görüşdülər
Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Prezidentinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Türkiyə təmsilçiləri ilə danışıq aparıb. Lavrentyev Astana formatındakı danışıqlarda Suriyanın ərazi bütövlyünü məsələsinin həll edilməsinin zəruri olduğunu bildirib.
Türkiyənin nümayəndə heyətinə Türkiyə XİN-in Suriya məsələləri üzrə təmsilçisi Selçuk Ünal başçılıq edir.
Bəlli olduğu kimi Astana prosesinin təminatçı ölkələri – İran, Rusiya və Türkiyədir.
Lavrentyevin başçılıq elədiyi Rusiya təmsilçiləri artıq Suriya və İran hökumətlərinin nümayəndələri ilə ikitərəfli danışıqlar aparıblar.
İranın nümayəndə heyətinin başçısı Əli Əsgər Hacı Lavrentyev ilə danışıqlardan sonra Suriyadakı hadisələrə münasibətdə Moskva ilə Tehranın mövqelərinin yaxın olduğunu bildirib.
Dekabrın 21-də Nur-Sultanda Suriyada vəziyyətin nizamlanması ilə bağlı Astana formatında danışıqlar başlayıb. İki gün davam edəcək məşvərətlərdə təminatçı ölkələrin – İranın, Rusiyanın və Türkiyənin, həmçinin Suriya hökumətinin, Suriyanın silahlı müxalifətinin və BMT-nin nümayəndələri iştirak edirlər.
Suriyada 2011-ci ildən silahlı münaqişə davam edir. Hazırda birinci planda siyasi nizamlanma, Suriyanın bərpası, həmçinin, qaçqınların qaytarılması durur.
Türkiyənin dəstəklədiyi silahlı qüvvələrin terrorçularda təmizlənən İdlibə nəzarət eləməsi Rusiya tərəfini narahat edir.
Rusiya ilə Türkiyə arasında 2020-ci il martın 5-də əldə edilmiş razılaşma əsasında iki tərəfin hərbçiləri İdlibdə birgə patrul xidməti həyata keçirirlər.
Hürr Tərcüman