Astana görüşləri daha keçirilməyəcək – Qazaxıstan qərar verdi
2023-06-21 18:43:00
Hurriyyet.az xəbər verir ki, Qazaxıstanın Xarici İşlər Nazirliyi Qazaxıstan dövlətinin Suriya məsələsi ilə bağlı Astana görüşlərinin keçirilməsini başa çatdırmaq qərarına gəldiyini bildirib.
XİN-in mətbuata açıqlamasında Astana prosesinin öz vəzifəsinin öhdəsindən şərəflə gəldiyi bildirilir, Suriyanın artıq Ərəb Dövlətləri Liqasına qayıtdığı, Ankara-Dəməşq münasibətlərinin normallaşdırılması üçün addımlar atıldığı bildirilir.
Suriya məsələsi ilə bağlı beynəlxalq səviyyəli Astana görüşləri 2017-ci ildən keçirilməyə başlayıb.
Hürr Tərcüman