Astanada Suriya ilə bağlı 19-cu sammit işə başlayıb
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Suriyadakı vəziyyətlə bağlı Astana formatında keçirilən 19-cu sammitdə prosesin təminatçı ölkələri olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtında görüşüblər.
Türkiyəni XİN-in Suriya məsələləri üzrə baş direktoru Selçuk Ünalın, Rusiyanı Prezident V.Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin, İranı isə XİN-in siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacının rəhbərlik elədikləri heyətlər təmsil edirlər.
Suriya tərəfdən XİN rəhbərinin müavini Ayman Susan ilə müxalifətin nümayəndəsi Əhməd Tuma danışıqlarda iştirak edirlər.
Astana görüşündə BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Qeyr Otto Pedersen, müşahidəçi qismində İordaniya, İraq və Livandan nümayəndələr də iştirak edirlər. Sammit iki gün davam edəcək.
Hürr Tərcüman