Astanada Suriya məsələsi ilə bağlı növbəti görüş keçiriləcək
2022-11-14 15:11:00
Hurriyyet.az “Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, 22-23 noyabr tarixində Türkiyə, Rusiya və İran nümayəndə heyətlərinin, Suriya hökuməti ilə müxalifətinin təmsilçilərinin iştirakı ilə Astanada keçiriləcək sammitdə Suriyadakı vəziyyətlə bağlı danışıqlar aparılacaq. Müşahidəçi qismində, BMT, İordaniya, Livan və İraq təmsilçilərinin gələcəyi gözlənilir.
Qazaxıstan XİN-in məlumatına görə, bu, Suriya məsələsi ilə bağlı Astana formatında keçirilən 19-cu sammit olacaq.
Hürr Tərcüman