📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

2026-05-14 10:50:59

Astanada Tokayev və Ərdoğanın görüşü keçirilir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Müstəqillik Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Bu barədə "Report"un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir.

Türkiyə liderinin səfəri şərəfinə Müstəqillik Sarayının foyesində fəxri qarovul düzülüb. Prezident orkestri Qazaxıstan və Türkiyənin dövlət himnlərini ifa edib.

Rəsmi mərasimdən sonra Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğanın məhdud tərkibdə görüşü başlayıb.