📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Astanaya uçan təyyarə Bakıda təcili eniş etdi

2023-01-04 10:07:00

Astanaya uçan təyyarə Bakıda təcili eniş etdi

Frankfurt-Almatı-Astana reysi ilə uçan sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Göyərtəsində 123 sərnişin olan “Airbus A330” təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb. (qafqazinfo)