📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Astarada 9 aylıq hamilə qadın öldü

2022-06-27 15:07:00

Astarada 9 aylıq hamilə qadın öldü

Astarada 9 aylıq hamilə olan qadın ölüb.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Giləkəran kəndində baş verib.

1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib. İlkin məlumata görə, qadın yaşadığı evdə qəflətən ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.