📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Astarada maşınlar toqquşdu - Azyaşlı xəsarət aldı

2026-11-27 22:16:51

Astarada maşınlar toqquşdu - Azyaşlı xəsarət aldı

Astara rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Hurriyyet.net xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.

Belə ki,  “VAZ-2107” markalı iki nəqliyyat vasitələri toqquşub.

Qəzada Astara rayonunun Kijəbə qəsəbə sakini, 7 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azyaşlı Lənkəran Rayon Mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib və qapalı kəllə-beyin travması, burun nahiyəsinin sınığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.