📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Astarada sel körpüləri dağıtdı, kəndləri su basdı (VİDEO)

2023-09-18 10:00:38

Astarada sel körpüləri dağıtdı, kəndləri su basdı (VİDEO)

Astarada Pensərçay daşıb, sel suları vətəndaşların həyətyanı sahələrinə dolub.

Məlumata görə, ötən gecədən başlayan güclü yağış Astarada fəsadlar törədib.

Bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Sel suları əsasən rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində vətəndaşların həyətyanı sahələrinə dolub. Meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Hazırda bölgədə intensiv yağış davam edir. (APA)