📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Astarada yük maşını 14 yaşlı velosipedçini vurub

2024-06-02 19:25:16

Astarada yük maşını 14 yaşlı velosipedçini vurub

Hurriyyet.az

Astarada yol nəqliyyat hadisəsi baş verib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.

Hərəkətdə olan "QAZ - 66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.