Astroloq Ukraynada yeni döyüşlərin tarixini açıqladı
2022-04-11 09:10:00
Astroloq Dmitri Urantus Donbasda rus ordusunun yeni genişmiqyaslı hücumunun mümkün tarixlərini açıqlayıb.
Hurriyyet.az xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində yazıb.
Urantusun proqnozuna görə, intensiv döyüş əməliyyatlarının başlanması aprelin 11-12-də gözlənilir.
"Düşmənin hücum əməliyyatları ən azı aprelin 24-dək davam edəcək. Təxminən aprelin 16-da, Mars və Saturnun birləşmə aspektinin dağılmasından sonra hadisələrin son nəticəyə gətirib çıxaracağı ehtimal olunur. Mars Balıq bürcünə keçəcək, müharibənin tempi dəyişməlidir”, - astroloq qeyd edib.
O əlavə edib ki, aprelin 30-da - yeni aydan sonra, mayın 3-5-i tarixlərində danışıqlar və razılaşmalar üçün əlverişli vaxt gəlir.