📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ata və qızının axtarışlarına dalğıc-xilasedicilər cəlb olundu

2024-04-13 10:53:35

Ata və qızının axtarışlarına dalğıc-xilasedicilər cəlb olundu

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb.