📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Atam deyirdi ki, səndən adam olmayacaq"

2026-04-22 10:46:05

Müğənni Niyam Salami açıqlaması ilə diqqət çəkib.

"Xəzər axşamı" proqramında qonaq olan ifaçı uşaqlıq xatirələrindən danışıb.

Bildirib ki, atasının ona dediyi sözlər sonradan yaradıcılığına da təsir edib:

"Ailədə 8 uşaq idik. Süfrə açıb 11 nəfər yerdən oturardıq. Atam böyükləri tərifləyə-tərifləyə gəlirdi və ən axırda yeddinci mən idim. Deyirdi ki, "Səndən adam olmayıb, olmayacaq. Get belini götür, işlə". Cavab verirdim ki, narahat olma, bamiyə satıb səni saxlayaram. O söz beynimdə qaldığı üçün "Səndən adam olmayacaq" mahnısını oxudum". (Axşam.az)