“Atam Zahid Nuriyev Birinci Qarabağ savaşının qazisi olsa da, hələ də statusunu almayıb” – İMİŞLİ SAKİNİ TÜRKİYƏ SƏFİRİNDƏN DƏSTƏK İSTƏDİ
İmişli rayonu, Camaləddin Nəsirov küçəsi, 2 saylı evin sakini, II Qarabağ vətən savaşının qazisi İsaqlı Raul Zahid oğlu tərəfindən Hurriyyet.az-a şikayət məktubu daxil olub. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab səfir!
Atam Nuriyev Zahid 1-ci Qarabağ savaşının qazisi olsa da, hələ də statusunu almayıb. Hərbi Tibbi Ekspert komissiyasının rəyində var: Nuriyev Zahid İsaq oğlu 1992-1994-cü il Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşub və yaralanıb. Üzündə çoxsaylı qəlpə yaraları və hərbi travma. “Xocalı faciəsini” erməni quldur, qəbilə sürüsünün genosidlərini görmüş atam, könüllü müharibəyə qatılıb. Əsgəri savaşını isə Çexoslavakiyada tank komandiri kimi xidmət edib. 1994-cü il Tərtər istiqamətində ağır yaralanıb.
1992-ci ildə Ağdərə rayonunda atam zahidi o vaxt mayor olan Nəcməddin Sadiqov şillələyir ki, tankı təpınin başına çıxart. Atam ona deyir ki, həmin təpədə ermənilər iki tankımızı vurublar. 18 yaşları olan əsgərlər Qabil, yeraz Şövqiyarın meyitlərini mən çıxartdım. Məmin tankı ora çıxarmağım ermənilər tərəfindən vurulmağa göndərilməkdir. Onun yanındakı mühafizəçilər deyir ki, Nuriyev düz deyir. Ondan sonra atamdan tankı alıb, Tərtər batalyonuna verməyini əmr edir və tank verilir. Hərbi prokurorluğun “Azər Freedom”da yayımlanan əsgər və zabitlərimizə, erməni cəlladlarından da ağır işgəncələr verməsini, qətlə yetirməsini gördükdən sonra ağır stress keçirir. Onsuz da dava-dərmanlarla yaşayan atamın ƏƏSM nazirliyi pensiyasını kəsməyə hazırlaşır. Anamızın şəkəri 500-ə qalxır. 6 nəfərlik ailə atam Zahidin əlillik pensiyası ilə yarıtox, yarıac yaşayır.
Yazmadığımız dövlət rəsmiləri, Müdafiə, ƏƏSM, DTX və sair bizə kömək edən, işlə təmin edən tapılmır.
Ermənilər məni “Azərbaycan canavarı” adlandırıb, başıma pul qoymuşdular. Sağ qayıtdım. Erməni quldurlarının ölkəmizdəki havadarları isə bizləri çörəklə maddi mənəvi terrora məruz qoyub.
Bizlər isə öz körpələrinə “Türk sənin düşmənindir” öyrədən erməni faşistlərinin bütün əməllərini ifşa etdik. Xocalı qətliamının qisasını, 200 illik erməni terrorunun qisasını aldıq, sübut etdik ki, bu dünyada erməni genisidi olmayıb, bu sərsəm iddialarını da faş etdik, uşağa, qadına, qocaya, türk dünyasına qarşı terrorçuların ermənilər olduğunu sübut etdik. Nticəsi budur ki, onların ölkəmizdəki havadarları Tərtər qətliamını törədənlərin əlimdən sağ qalmışığsa şükür etməliyik Tanrının böyüklüyünə ki, bizim ailəni hələki çörəklə imtahana çəkirlər.
Bu yaxınlarda DTX-dan məktub daxil oldu, sürətini ƏƏSM-ə, İmişli RİH-ə göndərilib ki, xahiş edirik şikayətçiyə köməklik edib, ona cavab verəsiniz.
Əgər il yarımdır kömək etməyiblərsə, nə edəsidirlər? İmişli RİH-dən məktub daxil oldu ki, sizə yardım edilib. Yardımları isə Qurban Bayramında 2 kilo ət olub ki, DTX-nin RİH-ə göndərilən məktubuna görə, 6 ay əvvəl verilən iki kilo əti başımıza qalxmaqla, bizi ələ salırlar. Məşğulluq idarə rəisi Nofəl Atakişiyev atamı, məni il yarım aldadandan sonra ironiya ilə bizə deyir ki, gedin prokurora şikayət edin, mənə nə edəcəklər? O, yardımı da, işi də, dövlətin verdiyi mal qaranı da pullu-arxalı villalarda yaşayanlara verir. O,Tərtər genosidində öndə olan fiqurlardan biri Şəfaət İmanovun yaxınıdır.
Bu müraciətin ölkə başçısına çatdırılmasına yardımçı olmağınızı xahiş edirik. 6 nəfərlik veteranlar ailəsinin ikisi az yaşlıdır. Biz bayram keçirə bilmədik. İmişli Sosial yardım idarəsinin arxalı rəisi Rafael Məmmədov da, Nofəl kimi bizi dolayan cavab verir, kim pullu arxalıdırsa, onun qarşısında dik dururlar. Biz bu məmurları özümüz cəzalandırıb, məhbəsəmi düşək? Ölkəni tərk etməkdən başqa yol qoymadılar. Erməniləri də, rus və farsları da sevindirmək demək deyilmi, Nofəl, Rafaellərin özbaşınalığı erməni quldurlarını xəcil edən bizləri də xəcil edən Nofəlləri, Rafaelləri dövlətimiz nə vaxta qədər müdafiə edəcək.
Sayın səfir!
Məktubun dövlət rəhbərlərimizə, Ali Baş Komandanımıza çatdırılması üçün Sizdən türk övladları kimi xahiş edirik”.
Hurriyyet.az