📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb” - VİDEO

2026-11-19 21:17:27

“Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb” - VİDEO

Elcan Rəsulov atasının vəfatı ilə bağlı ağır xatirələrini bölüşüb.

O, atasının qucağında dünyasını dəyişdiyini deyərək göz yaşlarını saxlaya bilməyib:

“Evin böyük uşağı mən idim. Qardaşımın 7 yaşı vardı. Deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. O da balaca idi. Heç nə başa düşmürdü. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Dedim, hə. Universitetdə oxuyurdum, heç yerdə işləmirəm. Amma deyirdim ki, qorxma, daha çox şey istə, hər şeyin ən yaxşısını edəcəm sənə. 

Heç vaxt qorxmamışam. Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb. Bilmirəm bəlkə ondan da tez öləcəm. Heç vaxt ağlamadım, möhkəm olmağa çalışmışam. Nə bacarmışam, hamısını etmişəm. Özümü həmişə toplamışam, hamını güldürməyə çalışmışam. İndi də hamınızdan üzr istəyirəm”./yenisabah/