"Atamın silahı vardı, amma..." - Baş naziri güllələyən yazıçının oğlu
2024-05-15 23:52:30
“Atamın nə planlaşdırdığı, bu hadisənin nə üçün baş verdiyini bilmirəm".
Bunu Slovakiyanın Baş naziri Robert Fitsonu güllələyən yazıçı Yuray Çintulanın oğlu deyib.
Slovakiya mətbuatının yazdığına görə, atası ona Baş naziri öldürmək planları barədə heç nə deməyib:
“Atamın belə bir planından xəbrim olmayıb. Onun baş naziri niyə öldürmək istədiyini bilmirəm".
Çintulanın oğlu atasının qanuni yolla odlu silaha sahib olduğunu bildirib. \\Bakupost.az