📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Atəşkəs cəmi 1 saat çəkdi: Rusiya ordusu bombardman edir...

2022-03-05 17:08:00

Atəşkəs cəmi 1 saat çəkdi: Rusiya ordusu bombardman edir...

Rusiya-Ukrayna müharibəsində ilk atəşkəs cəmi 1 saat çəkib.

Bizim.Media "UNİAN"-a istinadən xəbər verir ki, Azov dənizi sahilində yerləşən Mariupol şəhərindən dinc əhalinin təxliyəsi baş tutmayıb.

Ukrayna hakimiyyəti yerli vaxtla saat 11:00-da başlaması gözlənilən təxliyənin rusların artilleriya atəşi səbəbindən gecikdiyini açıqlayıb.

Hazırda liman şəhərinin Rusiya ordusu tərəfindən bombalandığı bildirilir.

Bizim.Media