📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Atəşkəsi tapşırıqla pozurlar, burada rusun barmağı var”

2022-04-07 17:01:00

“Atəşkəsi tapşırıqla pozurlar, burada rusun barmağı var”

“Əvvəla Paşinyan orduya nəzarət edə bilmir. Orada ayrı-ayrı qruplar və kimlərəsə qulluq edənlər var. Ona görə də onlar atəşkəsi pozurlar”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O, ötən günkü Brüssel görüşündən sonra Ermənistan ordusunun Tovuz istiqamətində atəşkəsi pozmasını özünəməxsus şərh edib:

“İkinci bu ola bilər ki, Paşinyan özü deyir ki, atəş açın, “şmon” edin, görək, nə edə bilərik? Bununla bağlı da, o, istəyir ki, dünya ictimaiyyətini buna cəlb etsin. Bu da alınmadı, alınmır və alınmayacaq da. Dünya ictimaiyyəti bilir ki, kim kimdir, nə nədir

Brüsseldə olan şəkilə də baxsanız görəcəksiniz ki, Prezidentimiz şah oğlu Şah Abbas kimi durub, Paşinyan da necə durubsa... Daha mən təhqir emtək istəyirəm bir ölkənin liderini.

Bir məsəl var: “İtə deyiblər, niyə hürürsən? Deyir qorxuduram. Deyiblər, bəs niyə quyruğunu niyə bulayırsan? Deyir, qorxuram, ona görə”. Yəni ki, onlar atəşkəsi tapşırıqla pozurlar. Düşünürəm ki, burada da rusun barmağı var”.