ATƏT PA Rusiyanı terrorçuluğun sponsoru kimi tanıdı – vaxtilə Minsk qrupunun həmsədri idi
Hurriyyet.az xəbər verir ki, ATƏT-in Parlament Assambleyası iyulun 4-də keçirdiyi iclasında Rusiyanı terrorçuluğun sponsoru kimi tanıyıb. Həmçinin, “Vaqner” Özəl Hərbi Şirkəti də terror təşkilatı elan edilib.
Bu barədə məlumatı Ukraynanın “Xalqın xidmətçisi” partiyasından seçilmiş deputatı Yevgeniya Kravçuk öz “Feysbuk” səhifəsində verib.
ATƏT-in Parlament Assambleyasının Vankuverdə keçirdiyi sessiyada qəbul edilən yekun bəyanatında deyilir:
Terrorçuluq beynəlxalq sülhə və təhlükəsizliyə qarşı ən böyük təhlükələrdən biridir;
“Vaqner” ÖHŞ-nin Rusiya hökuməti adından dəaliyyəti ədalətli olaraq terrorçuluq kimi qiymətləndirilib. Qeyd edilir ki, Rusiya Prezidenti “vaqnerçi”lərin “tamamilə dövlət tərəfindən maliyyələşdirildini” şəxsən etiraf edib;
ATƏT üzvü olan dövlətlər “Vaqner” şirkətinə və onun qurumlarına qarşı tədbirlər görməlidirlər, o cümlədən, onları terror təşkilatı adlandırmalıdırlar.
Həmçinin RF-nın bu terror təşkilatını maliyyələşdirən dövlət kimi məsuliyyətə cəlb edilməli olduğu bildirilir.
Kravçuk yazıb: “İlk dəfədir ki, beynəlxal təşkilatın rəsmi sənədində bu ifadə öz əksini tapıb”.
Hürr Tərcüman