📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ATƏT sədri: "Avropa müharibə təhlükəsi ilə üzləşib"

2022-01-13 20:21:00

ATƏT sədri:

Avropa son 30 il ərzində ən böyük müharibə təhlükəsilə üz-üzə qalıb.

Bunu ATƏT-in fəaliyyətdəki sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bildirib.

Rusiyanın adını çəkməyən diplomat bu ölkənin iştirak etdiyi iddia edilən bir sıra münaqişələri sadalayıb: “Son həftələr biz Şərqi Avropada böyük hərbi eskalasiya ehtimalı ilə üzləşmişik”.

“Ukrayna ətrafındakı münaqişənin dinc yiolla həllinə diqqət yetirməliyik”, - polşalı nazir qeyd edib.

Z.Rau Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə tam şəkildə hörmət olunmasına çağırıb. \\Report