ATƏT sədri: "Bakı ilə İrəvan vasitəçilərsiz danışıqları üstün tuturlar"
2024-05-13 14:33:33
Hurriyyet.az xəbər verir ki, ATƏT sədri vəzifəsini icra edən Yan Borq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında təmsil elədiyi Malta dövlətinin sədrliyinin çox şəffaf və dürüst olduğunu söyləyib.
Eyni zamanda həm də Maltanın xarici işlər və ticarət naziri olan Yan Borq İrəvandakı çıxışında deyib: "Ermənistan ilə Azərbaycan arasında sabit və əhatəli sülhə nail olunması ATƏT-in prioriteri olaraq qalır. Biz bilirik ki, hər iki ölkə məsələləri ikitərəfli danışıqlar formatında həll eləməyə üstünlük verirlər. Biz ATƏT olaraq, bunu dəstəkləyirik. Malta həm Ermənistanın, həm də Azərbaycanın dostudur".
Yan Borq konfransdakı çıxışı zamanı sabah Azərbaycana səfər edəcəyini bildirib.
Hürr Tərcüman