ATƏT sədri Bakı ilə İrəvana səfər edəcək
2023-02-14 10:15:00
Hurriyyet.az xəbər verir ki, ATƏT-in indiki sədri, Şimali Makedoniyanın Xarici İşlər naziri Buyar Osmani yazda Cənubi Qafqaza səfər edəcək.
Bu barədə məlumatı Şimali Makedoniyanın ATƏT-dəki nümayəndəliyi verib.
Açıqlamada deyilir: “ATƏT sədrinin baharada regiona səfərini səbirsizliklə gözləyirik”.
Osmani Azərbaycandan və Ermənistandan olan həmkarları ilə telefonla danışaraq görüş barəsində razılıq əldə edib.
Hürr Tərcüman