“Atlantic Council”: Rusiya əsaslı ticarət yollarına alternativ var, lakin onun ABŞ, Aİ və Türkiyənin dəstəyinə ehtiyacı var
2024-05-24 15:21:54
Orta dəhliz layihəsinə Türkiyə, ABŞ və Aİ tərəfindən gələcək dəstək Çin və Rusiya Federasiyası üçün güclü siqnal olacaq. O, həmçinin Cənubi Qafqaz ölkələrinə nümayiş etdirəcək ki, NATO və Aİ ölkələri ilə daha sıx əməkdaşlıq yolu ilə uzunmüddətli sabitliyə və iqtisadi artıma nail olmaq olar. Bunu Amerikanın nüfuzlu “Atlantic Council” analitik mərkəzi yazır.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (“Orta Dəhliz”) Çin-Qazaxıstan sərhədindən Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya uzanır.
Ülviyyə, Hurriyyet.az