📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Atletiko" Juan Qomesin transferi ilə bağlı danışıqlar aparır

2026-04-26 15:08:56

İspaniyanın "Atketiko" klubu Juan Qomesin transferi ilə bağlı İngiltərə təmsilçisi "Vulverhempton"la danışıqlar aparır.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, danışıqlar ilkin mərhələdədir.

Tərəflərin tezliklə razılığa gələcəyi gözlənilir.

Aşağı liqaya düşən "Vulverhempton" 25 yaşlı yarımmüdafiəçini satmağa hazırlaşır. Klub bu keçiddən 45-50 milyon avro qazanmaq niyyətindədir.

Xatırladaq ki, Juan Qomes "Vulverhempton"da 127 oyuna çıxıb, 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.