Atmosferi kim və nə üçün zəhərləyir?
Bir müddətdir sosial şəbəkələrdə ötən ilin sentyabrına aid bir video peyda olub. Sözügedən video yazıda Rusiyanın müxtəlif şəhər və rayonlarının yaşayış məntəqələri üzərində atmosferə hansısa kimyəvi maddələrin səpilməsi aydın şəkildə görünür. Şahidlərin iddiasına görə, biz son illərin “dəbdə olan” “covid” adlı xəstəliyinə məhz bu yolla yoluxduruluruq.
Bunun nə dərəcədə doğru olub olmadığını demək çətindir. Amma istənilən halda ayıq-sayıq olmalıyıq. İmkan daxilində yaşadığınız ərazi üzərindəki səmanı müşahidə edin, xüsusilə də sübh tezdən. Qəribə nəsə görsəniz, dərhal videosunu çəkib “Hürriyyət”in redaksiyasına göndərin. Söz veririk ki, çəkilişin aidiyyati dövlət qurumlarına çatdırılması və lazımi tədbirlərin görülməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.
Runa
Hurriyyet.az