📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Atom-elektrik stansiyasında həyəcan: Rusiya yarımstansiyasını zədələyib

2022-10-12 16:43:00

Atom-elektrik stansiyasında həyəcan: Rusiya yarımstansiyasını zədələyib

Bu gün səhər, oktyabrın 12-də saat 08:59-da Dnepropetrovsk vilayətində "Dneprovska" yarımstansiyası Rusiya qoşunlarının raket atəşi nəticəsində zədələnib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Energoatom” məlumat yayıb.

"Nəticədə 750 kV-luq ZAES - Dneprovska kommunikasiya xətti açılıb. Nəticədə Zaporojjya AES-in enerjisi tamamilə kəsilib. Dizel generatorları avtomatik işə salınıb", - deyə məlumatda bildirilir.

"Energoatom"dan bildirilib ki, dizel yanacağının daha bir partiyasını hazırlayıb ZAES-ə göndərib: "Lakin saat 10:00-a olan məlumata görə, Rusiya tərəfi şirkət maşınlarının karvanının keçməsinə icazə vermir", - deyə bildirilir.

Rusiyanın atəşə tutması və nüvə stansiyalarının istismarı ilə bağlı enerji infrastrukturunun zədələnməsi ZAES-in birbaşa atəşə tutulması ilə eyni nüvə terrorizminin təzahürüdür və radiasiya qəzasının eyni nəticələrinə və təhdidlərinə səbəb olur.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi "Tvitter" hesabında məlumat verib ki, Zaporojye Atom Elektrik Stansiyasına xarici mənbədən verilən elektrik enerjisi kəsilib.

“Zaporojye Atom Elektrik Stansiyasındakı nümayəndələrimiz bu gün səhər bizə məlumat verdi ki, ötən 5 gün ərzində ikinci dəfədir ki, stansiyaya xarici mənbədən daxil olan elektrik enerjisi kəsilib. Onun ehtiyat dizel generatorları indi nüvə təhlükəsizliyi və təhlükəsizlik funksiyaları üçün elektrik enerjisi təmin edir”, - AEBA-nın baş direktoru deyib.

“AES-ə verilən kənar enerjinin dəfələrlə kəsilməsi dərin narahatlıq doğuran hadisədir. Bu, ərazinin ətrafında nüvə təhlükəsizliyinə və mühafizə zonasının yaradılmasına təcili ehtiyac olduğunu göstərir”, - detə o qeyd edib.

Bizimyol.info