📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“ATV-dən gedənlərin...”

2021-09-30 14:00:00

“ATV-dən gedənlərin...”

 Oktyabrın 1-dən etibarən teatrlar və kinoteatrların fəaliyyəti bərpa olunur. Belə ki, artıq kinoteatrlarda yeni filmləri izləmək imkanı əldə edəcəyik. 

 Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı aktyor, prodüser Elməddin Cəfərov Moderator.az-a danışıb:

“Kinoteatrların açılması çox sevindirici haldır. Bu günü 2 ilə yaxındır ki, gözləyirdik. Biz də yayda yeni film çəkməyi düşünürük. Hazırki durumda büdcəmiz yoxdur. Allahın izni ilə zaman-zaman hər şey bərpa olunacaq.
 
 2018-ci ildə Türkiyə film bazarına daxild olduq. Pandemiyadan  dolayı orada işlərimiz dayandı. 2 illik fasilədən sonra  bilmirəm ki, o motivasiyanı özümdə hiss edib, yenidən bu bazara girməyə cəhd edə  bilcəm yoxsa yox. Xeyirlisi, əsas odur ki, vaksinasiya prosesi gedir, insanlar vaksin vurdurmağa cəhd edir. Şükür  Allaha xalqımızın  70 faizinin beynində vaksin vurdurmaq niyyəti, heç həfəsləri də yoxdur(gülür).

E.Cəfərova yeni mövsümdə həmkarlarının digər kanala keçid etdiklərini və ondan belə bir addımın gölənilib gözlənilmədiyini də xəbər aldıq. Prodüser belə bir planı olmadığını vurğuladı:

“Məndən elə bir addım gözlənilmir. Gedənlərə bir söz deyə bilmərəm. Amma, ATV-dən gedənlərin siyahısında mən yoxam”.