ATVİB-in Axısxa türkləri ilə görüşləri davam edir - FOTOLAR
Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) 23 mart 2022-ci il tarixində Goranboy-Gəncə-Şəmkir-Tovuz-Qazax və Ağstafa bolgəsi üzrə növbəti toplantısı keçirilib.
Hurriyyet.az ATVİB-in mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda ATVİB sədri Xalid Xəlilov, Birinci müavini Yusif Səfərov, sədr müavini Zabit Abitov, eləcə də İdarə Heyətinin üzvləri Tofiq Rzayev, Fətəlixan Süleymanov və Müzəffər Çalikov iştirak ediblər.
ATVİB-in XI Ümumi Yığıncağında nümayəndə seçilən Axısxa Türkləri və bölgələrdən gələn qonaqlar da tədbirə qatılıblar.
Toplantıda çıxış edən ATVİB sədri Xalid Xəlilov Novruz Bayramı münasibətilə sakinləri təbrik edərək, rəhbərlik etdiyi qurum tərəfindən son aylarda həyata keçirilən fəaliyyətlər və gələcək planlar haqqında ətraflı məlumat verib.
Tədbirin sonunda sakinlərin ünvanladığı suallar cavablandırılıb və ATVİB haqqında geniş məlumat verilib.
Xoş əhval-ruhiyyə şəraitində keçən iclasda sakinlərin təbrikləri və xeyir duaları da qəbul edilib.







