📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ATVİB-İN SƏDR MÜAVİNİ SAATLIDA ORTA MƏKTƏBƏ “PRİNTER” HƏDİYYƏ ETDİ / Video

2022-03-26 14:23:00

ATVİB-İN SƏDR MÜAVİNİ SAATLIDA ORTA MƏKTƏBƏ “PRİNTER” HƏDİYYƏ ETDİ / Video

Mövlud İşık təmsilçisi olduğu qurumun bundan sonra da təhsil ocaqlarına dəstək olacağını bildirib

Xəbər verdiyimiz kimi, Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) sədr müavini, qurumun İdarə Heyətinin üzvü Mövlud İşık martın 23-də Saatlı rayonunun 2005-ci ildə məzunu olduğu Ə.Şüküroğlu adına Varxankənd tam orta məktəbini ziyarət edib.

Hurriyyet.az-ın məlumatına əsasən, bu ziyarət zamanı məktəbin direktoru, Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə “Əməkdar Müəllim” fəxri adı ilə təltif edilən Lətif Şimşəkov, direktor müavini və Axısxa Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) Varxankənd təşkilatının sədri Vaqif Muradovla görüşüb.

Əldə etdiyimiz məlumata görə, bu görüş zamanı Mövlud İşık təmsil eydiyi qurumun adından Varxankənd tam orta məktəbinə “printer” (çap aparatı – müəl.) hədiyyə edib. Məktəbin direktoru Lətif Şimşəkov DATÜB Başqanı Ziyəddin Kassanova, qurumun rəhbərliyinə, o cümlədən onlara hər zaman dəstək olan ATVİB prezidenti Xalid Xəlilova və təşkilatın rəhbərliyinə, eləcə də  DATÜB Gənclər Təşkilatının rəhbəri İsmihan Kassanova təşəkkür edib, ona təhsilində uğurlar arzulayıb.

ATVİB-in sədr müavini Mövlud İşık DATÜB, DATÜB Gənclər Təşkilatı və ATVİB olaraq millətin gələcəyi olan gənclərə, abituriyentlərə və təhsil ocaqlarına bacardıqları qədər dəstək olduqlarını və bundan sonra da dəstək olmağa davam edəcəklərini bildirib.