📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - Video

2026-10-23 11:58:48

Autizmli uşağa zorakılıq edən müəllim üzr istədi - Video

“Brain Academy”nin Bakıxanov filialında 2 yaşlı autizm spektrli uşağa qarşı zorakılıq tətbiq edən müəllim üzr istəyib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “Brain Academy”nin səhifəsində paylaşım edilib.

“Baş verən hadisəyə görə, uşağımızdan, ailəsindən və hər kəsdən üzr istəyirəm. Bilirəm, müəllim olaraq etdiyim hərəkət çox pisdir. Uşaqlara sevgi və anlayış göstərmək əvəzinə narahatlıq yaratdım. Etdiyim hərəkətdən çox peşmanam. Sözlərim olanları dəyişməyəcək, amma səmimi qəlbdən üzr istəyirəm”, - deyə o qeyd edib.