Aviasiya işçilərinin imtiyazları niyə kəsilib?
2023-10-20 23:58:31
Sovet dövründə təqaüdə çıxan pilotlar, kapitanlar müəyyən imtiyazlara sahib idilər.
Bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib:
"Onlara təyyarə biletləri pulsuz, ailələrinə güzəştlər olurdu, qızıl kart verirdilər. Bu günə kimi də müəyyən imtiyazlara sahib idilər. Lakin aldığım məlumata görə bu imtiyazlar artıq kəsilib. Bunu yenidən bərpası gözlənilirmi?”- deyə deputat hökumət nümayəndələrinə sual ünvanlayıb. \\Qaynarinfo