📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Aviasiya zavodunu vurmuşuq” - Ukrayna kəşfiyyatı detalları açıqladı

2024-04-09 12:43:31

“Aviasiya zavodunu vurmuşuq” - Ukrayna kəşfiyyatı detalları açıqladı

Rusiyanın Voronej vilayətinin Borisoqlebsk şəhərindəki aviasiya mərkəzi həqiqətən də PUA-ların hücumuna məruz qalıb. 

Hurriyyet.az xəbər verir ki, bunu aprelin 9-da “Azadlıq” radiosuna şərhində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.

Yusov deyib ki, söhbət təlim mərkəzindən yox, təyyarə zavodundan gedir: "Bəli, təyyarə zavodu. Bunu müxtəlif mənbələrdən müəyyən edə bilərik. Bir partlayış oldu - biz də bunu təsdiqləyə bilərik. Təfərrüatları açıqlamayacağıq, lakin ilkin məlumata görə, müəssisənin əsas istehsal xətləri vurulub”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın teleqram kanalları Borisoqlebskdəki aviasiya mərkəzinin ərazisinə PUA hücumu olduğu barədə məlumat yayıb. Ruslar atıcı silahlarla onları vurmağa çalışsalar da, PUA-lardan ikisi hədəflərinə çatıb.

Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin guya dörd pilotsuz təyyarəni vurduğunu bildirib: ikisi Rusiya Federasiyasının Belqorod vilayətində, ikisi isə Voronej vilayətində.

AzPolitika.info