Avqustun 7-si Gürcüstanda matəm günü olacaq
2023-08-05 10:13:00
Hurriyyet.az gürcü mətbuatına istinadla xəbər verir ki, dağ kurortunda baş vermiş təbbi fəlakət – sürüşmə zamanı insanların həlak olması ilə əlaqədar Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni ölkədə matəm günü elan edib. Qaribaşvili deyib: “Bu gün müzakirələr apardıq, həftəsonu istirahət günləri fəaliyyət davam edəcək. Qərarımıza əsasən, bazar ertəsi günü matəm günü elan ediləcək”.
Hürr Tərcüman