“Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayı öz işini başa vurub
Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən “Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayı öz işini başa vurub. Hurriyyet.az-a bu barədə məlumatı Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev bildirib.
Onun sözlərinə görə, İstanbulda 21 ölkənin iştirakı ilə keçirilən toplantı üç gün davam edib. “Bildiyiniz kimi İstanbul şəhərində keçirilən “Avrasiya Tiyatrolar Birliyi”nin I qurultayında Azərbaycan təmsilçisi olaraq Gəncə Dövlət Dram Teatrının aktyoru Yusif Cəfərov iştirak edirdi. O, bu toplantıya Mədəniyyət Nazirliyinin dəstəyi ilə göndərilib. Tanışlıq məqsədilə baş tutan ilk qurultay sonda 12 maddədən ibarət qərarın qəbul edilməsi ilə yekunlaşıb”.
Teatrşünas-tənqidçi Anar Burcəliyev həmçinin bildirib ki, qurultayda müazkirə edilən məsələlər əsasən ölkə nümayəndələri ilə tanışlıq məqsədi daşımaqla, teatr ənənələrinin inkişaf mexanizmi ətrafında geniş fikir mübadiləsi etmək və qarşılıqlı əlaqələrin qurulması mexanizmlərinin öyrənilməsilə yanaşı aktyor, rejissor mübadiləsi, fərqli ölkələrdə aktyor, rəssam master klaslarının təşkil olunmasını planlaşdırır. “Qeyd etmək istəyirəm ki, növbəti toplantının Portuqaliya və İspaniyada keçirilməsi qərara alınıb” – deyə Anar Burcəliyev bildirib.

.jpg)
Kənan, Hurriyyet.az