📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AVRO-2023: Azərbaycanın qadın voleybol millisi final mərhələsinə vəsiqəni təmin edib

2022-09-10 23:58:00

AVRO-2023: Azərbaycanın qadın voleybol millisi final mərhələsinə vəsiqəni təmin edib

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirir.

Həlledici qarşılaşmada rəqib Avstriya yığmasıdır. Eldar Yusubovun baş məşqçi olduğu kollektiv 3 setdən sonra hesabda öndədir - 2:1 (25:14, 25:20, 23:25)

Hazırda 9 xalı olan yığma bu görüşdə 2:3 hesabı ilə uduzsa belə, xalını 10-a çatdıracaq və qrupu 2-ci sırada tamamlayacaq. Bu isə o deməkdir ki, milli komanda artıq final mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq. \\Report