📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AVRO-2024: Fransa növbəti 1/4 finalçı oldu

2024-07-01 22:25:27

AVRO-2024: Fransa növbəti 1/4 finalçı oldu

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Fransa və Belçika yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Düsseldorfdakı “Esprit Arena”da keçirilən matçda fransızlar qələbə qazanıb – 1:0.

Yeganə qol 85-ci dəqiqədə vurulub. Yan Vertongen avtoqol müəllifi olub.

Qeyd edək ki, 1/4 finala yüksələn Fransanın rəqibi Portuqaliya – Sloveniya cütünün qalibi olacaq. \\Konkret.Az