📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AVRO-2024: İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəlib

2024-07-06 23:03:27

AVRO-2024: İngiltərə İsveçrəni məğlub edərək yarımfinala yüksəlib

Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İngiltərə və İsveçrə milli komandaları üz-üzə gəlib.

Hurriyyet.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada oyunun əsas hissəsi sülhlə başa çatıb- 1:1

Qarşılaşmanın 75-ci dəqiqəsində Brel Embolo İsveçrə millisini önə çıxarsa da, matçın 80-ci dəqiqəsinə Bukayo Saka cavab qolunu vuraraq tarazlığı bərpa edib.

Oyuna əlavə olunmuş 30 dəqiqədə komandalar fərqlənə bilməyib.

Baş tutan penalti seriyasında isə İngiltərə yığması rəqiblərindən üstün olub.