📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AVRO-2024: Türkiyə ilə oyundan öncə Avstriyalı azarkeşlər irqçi şüarlar səsləndiriblər

2024-07-03 20:27:15

AVRO-2024: Türkiyə ilə oyundan öncə Avstriyalı azarkeşlər  irqçi şüarlar səsləndiriblər

Avstriya yığmasının azarkeşləri Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Türkiyə millisi ilə oyunundan əvvəl irqçi şüarlar səsləndiriblər.

Hürriyyət.az DPA agentliyinə istinadən xəbər verir ki, avstriyalı fanatlar görüşdən öncə Leyptsiq küçələrində "L'amour toujours" mahnısındakı “Almaniya almanlar üçün, əcnəbilər çölə” sözlərini ucadan qışqırıblar.

Leyptsiq hüquq-mühafizə orqanları şübhəli şəxsləri qeydə aldığını və araşdırma apardığını bildirib.

Qeyd edək ki, Avstriya - Türkiyə matçı 2:1 hesabı ilə "ay-ulduzlular"ın xeyirinə başa çatıb.