📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AVRO-2024-ün ən yaxşı qolu - VİDEO

2024-07-16 22:57:03

AVRO-2024-ün ən yaxşı qolu - VİDEO

Avro-2024-ün ən yaxşı qolu açıqlanıb.

Hurriyyet.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarımfinalda İspaniya millisinin hücumçusu Lamin Yamalın Fransanın qapısına vurduğu qol turnirin ən yaxşısı seçilib.

16 yaşlı futbolçu qarşılaşmanın 21-ci dəqiqəsində cərimə meydançasının kənarından rəqib qapısına yol tapıb.

Qeyd edək ki, İspaniya millisi dördüncü dəfə Avropa çempionu olub.