📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AVRO-2025 bu ölkədə keçiriləcək

2023-04-04 22:48:00

AVRO-2025 bu ölkədə keçiriləcək

Qadın futbolçular arasında 2025-ci il Avropa çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub.

Hurriyyet.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir İsveçrədə keçiriləcək.

Qərar qitə futbol qurumunun İcraiyyə Komitəsinin Portuqaliyanın paytaxtı Lissabonda baş tutan iclasında qəbul edilib.

16 komandanın iştirak edəcəyi turnir 2025-ci ilin yayında İsveçrənin səkkiz məkanında gerçəkləşəcək.