Avronun devalvasiyasının arxasında ABŞ və Avropa arasında hegemonluq uğrunda mübarizə dayanır
Avronun devalvasiyasının arxasında ABŞ və Avropa arasında oyun dayanır. Bu barədə Çinin "Huantszyu şibao" məqaləsinin müəllifi əmindir ki, avronun dollar qarşısında dəyər itirməsi iqtisadi deyil, siyasi problemdir. ABŞ-ın planlarında valyutası dollarla rəqabət aparacaq güclü və müstəqil Avropa yoxdur.
Avronun son ucuzlaşması, əsasən, ilk baxışda adi iqtisadi hadisə olan ABŞ valyutasının möhkəmlənməsi ilə bağlı olub. Faiz dərəcələrinin sürətli və intensiv artımı fonunda ABŞ dollar bazarını yenidən ölkəyə aktiv şəkildə “pompaladı”. Bu yolla onlar yenə də dünyanın hər yerindən “məhsul yığdılar”. Əslində, Ağ Ev yaxşı bilir ki, faiz dərəcələrinin kəskin artması qlobal iqtisadi tənəzzülə gətirib çıxaracaq, lakin ABŞ hökuməti özünü xilas etmək üçün hətta “dəyərli müttəfiqlərinə” belə aman vermədi.
ABŞ və Qərb ölkələri mübadilə kursunun bazar tərəfindən tənzimləndiyini iddia edir, lakin bu mübadilə kursu həmişə ölkənin iqtisadi inkişaf perspektivlərini və makro-nəzarət imkanlarını əks etdirir. Əsasən Almaniya və Fransanın təsiri altında olan avro, sadəcə olaraq, əsas məqsədi Avropa İttifaqının siyasi və iqtisadi inteqrasiyasını həyata keçirmək üçün bir alətdir və son məqsədi Aİ-ni ABŞ hegemonluğunun süqutundan sonra çoxqütblü dünyada güclü qüvvəyə çevirməkdir.
Dolların bütün dünyadan qazanc götürməsinə əsas maneə avrodur. Avro yarandığı gün dünyanın ikinci ən böyük valyutası oldu və beynəlxalq ictimaiyyətə seçim imkanı verdi. Bu səbəbdən o, istər-istəməz ABŞ-ın onu sıxışdırması ilə üzləşdi. 24 mart 1999-cu ildə NATO SSRİ-nin dayaq nöqtələrindən biri olan Yuqoslaviyanı atəşə tutdu. ABŞ bunun “dəyərlər sisteminin qələbəsi” olduğunu bildirdi, amma ən əsası o oldu ki, avronun dollara nisbətdə məzənnəsi bu hərbi münaqişədən sonra kəskin şəkildə aşağı düşdü və o vaxtdan bəri zəifləyir. İndiki Rusiya-Ukrayna münaqişəsi da Yuqoslaviyadakı münaqişəyə çox bənzəyir və bu böhrandan ən çox faydalanan "baş benefisiar" heç şübhəsiz ABŞ-dır.
Birincisi, Rusiya-Ukrayna münaqişəsinin gərginləşməsinə üç həftə qalmış ABŞ-a 40 milyard dollardan çox vəsait daxil oldu. İkincisi isə Amerikanın hərbi sənaye kompleksi Rusiya ilə Ukrayna arasındakı münaqişədən yaxşı pul qazandı.
Bununla yanaşı, Vaşinqton “ümumi dəyərlərdən” istifadə edərək Aİ-yə Rusiyanın enerji sektoruna qarşı sanksiyalar tətbiq etmək üçün təzyiq göstərir və bununla da Qərbi Avropa ölkələrinin enerji təminatında Moskvadan kömək istəmək imkanını əngəlləyir. Başqa sözlə Avropanı onun ən yaxşı enerji təminatçısı Rusiyadan qoparır.
Bütün bunlar avronun "boğazına çökdü". Dünyanln ənənəvi ixrac hegemonları olan Almaniya və Fransa Rusiya xammalı, enerji resurslardan və bazarlarından çox asılıdır. İndi enerji qiymətlərinin yüksəlməsi və xammal tədarükü zəncirlərinin pozulması ilə onların iqtisadiyyatlarına dəyən ziyan struktur xarakter daşıyır və uzunmüddətlidir.
Üçüncüsü, Avropa İttifaqı tərəfindən irəli sürülən "yaşıl enerji" keçidi indi təhlükə altındadır və ABŞ-ın əvvəllər heç kimə sata bilmədiyi mayeləşdirilmiş təbii qaz indi heç bir yerdə taplmayan, qəhətə çıxan əmtəə halına gəldi.
Dördüncüsü, münaqişə ucbatından Avropa ölkələri ABŞ-dan onlaırn təhlükəsizliklərini təmin etmək üçün bir-biri ilə yarışırdılar.
Beşincisi, avronun perspektivləri ilə bağlı müsbət və mənfi yanaşmalar olsa da, ancaq geosiyasət baxımından Rusiya ilə yaxşı münasibətləri olan güclü və müstəqil Avropa ABŞ-ı qane etməyəcək, razı salmayacaq.
Bu səbəbdən ABŞ-a güclü avro lazım deyil. Ona görə də avronun dollar qarşısında zəifləməsi iqtisadi deyil, siyasi problemdir. Bununla belə, avronun gələcək enişinin əsas səbəbi Qərbi Avropanın yetərli qədər güclü olmamasıdır.
Ülviyyə, Hurriyyet.az