📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa ABŞ olmadan nüvə arsenalı yaradır: "Qiyamət" yaxınlaşır?

2026-02-19 14:26:34

Avropa ABŞ olmadan nüvə arsenalı yaradır:

Polşa 5-10 il ərzində nüvə silahına sahib ola bilər, amma bu addım risklidir.

Hurriyyet.org xəbər verir ki, bu barədə Polşa Beynəlxalq Münasibətlər İnstitutunun analitiki Artur Kaspşik “Defence24” nəşrinə danışıb.

Qeyd olunur ki, yaxın günlərdə Polşa prezidenti Karol Navrotski ölkənin nüvə silahına sahib olmasının tərəfdarı olduğunu açıqlayıb.

Bundan əvvəl məlum olub ki, ABŞ-ı artıq etibarlı tərəfdaş hesab etməyən Avropa hərbi rəsmiləri bölgə ölkələri üçün öz nüvə arsenalını yaratmaq barədə danışıqlar aparır.