📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa asta-asta geri addım atır – Rusiya banklarına və limanlarına qarşı sanksiyalar yumşaldılacaq

2022-07-19 16:38:00

Avropa asta-asta geri addım atır – Rusiya banklarına və limanlarına qarşı sanksiyalar yumşaldılacaq

Hurriyyet.az “Röyters” agentliyinə istinadla xəbər verir ki, Avropa İttifaqı Rusiya banklarına qarşısanksiyaların bir qismini ləğv eləməyi planlaşdırır. Buna səbəb olaraq ərzaq və gübrə məhsullarının ixracının yüngülləşdirilməsi zərurəti göstərilir. VTB, PSB,VEB, Sovkombank, Novikombank, həmçinin “Otkrıtiye” və “Rossiya” banklarına qarşı sanksiyaların ləğv edilə biləcəyi qeyd edilir. Agentliyin məlumatında deyilir ki, məhz bu banklardan Rusiyanın kənd təsərrüfatı məhsullarını almaq üçün istifadə ediləcək.

Avropa İttifaqı həm də Rusiyaya qarşı sanksiyalar çərçivəsində xidməti dayandırılmış Rusiya limanlarından ixracıyüngülləşdirmək niyyətindədir.

Qərar layihəsində qeyd edilir ki, “buğda və gübrə də daxil olmaqla, kənd təsərrüfatı və ərzaq məhsullarının alışı, idxalı və nəqli üçün bu vasitələrin və ya iqtisadi resursların zəruri olması” müəyyənləşdirilən zaman layihə təsdiq ediləcək.

Hürr Tərcüman