Avropa Aya gəmi göndərməyə hazırlaşır
2023-06-06 17:34:00
Hurriyyet.az xəbər verir ki, Avropa Kosmik Agentliyi insanları Aya göndərmək üçün gəmi hazırlamağı planlaşdırır. Bu barədə məlumatı “Faynenşl Tayms” nəşri yayıb.
Qəzet EKA-nın Baş direktoru Yozef Aşbaxerə istinadla qeyd edir ki, kosmik gəmi gələn onullikdə hazırlanmalıdır. Bununla bağlı agentlik artıq müvafiq təklifləri nəzərdən keçirir.
Nəşr yazır ki, Aya gedəcək gəmi layihəsi Avropaya komonavtika sahəsində ABŞ və digər ölkələrdən geridə qalmasının qarşısını almaq üçün lazımdır. Qəzetin yazdığına görə, hazırda Yerin təbii peykinin öyrənilməsi sahəsində EKA NACA ilə müqayisədə kiçik tərəfdaşdır.
Hürr Tərcüman