📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa bankları rus şöbələrini öz İT sistemindən ayırmağa başladılar

2022-03-15 13:47:00

Avropa bankları rus şöbələrini öz İT sistemindən ayırmağa başladılar

Avropa bankları öz banklarının Rusiya şöbələrini əsas İT sistemlərindən ayırmağa başlayıblar. Bu barədə "Bloomberg" xəbər verib. Bunu ilk edən Fransa maliyyə konqlomeratı "BNP Paribas" oldu.
Rusiyada fəaliyyət göstərən Avropa bankları yerli filiallarını öz əsas kompüter sistemlərindən ayırmağa hazırlaşır. Onlar bu üsulla mümkün kiberhücumlara həssaslığı aradan qaldırmağa çalışacaqlar.
Xüsusilə, "Commerzbank AG" Rusiya filialını İT sistemindən ayırmağı düşünür və artıq “qəza açarı” hazırlayıb ki, gərəkli anda ümumi şəbəkə ilə əlaqəni kəssin.
"Bloomberg" mənbələri onu da qeyd edir ki, "Deutsche Bank" da mühüm İT tətbiqlərini Rusiyadan köçürür. "Reuters"in məlumatına görə, Fransanın maliyyə konqlomeratı "BNP Paribas" artıq Rusiya şöbələrini öz sistemlərindən ayırıb.

Ülviyyə, Hurriyyet.az