Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib
2023-07-27 12:47:00
Avropa Birliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib. İSNA xəbər verir ki, Avropa İttifaqı İranın Ukrayna müharibəsində Rusiyaya hərbi dəstək verdiyini bir daha bildirərək, İranın PUA sənayesinə yeni sanksiyalar tətbiq edib.
Avropa İttifaqı dünən öz rəsmi bəyanatında bəyan edib:
“Mənşəyinin Avropa İttifaqında olub-olmamasından asılı olmayaraq, İranın pilotsuz uçuş aparatlarının istehsalı sahəsində qabiliyyətinə birbaşa və ya dolayısı ilə kömək edən mal və texnologiyaların bütün fiziki və hüquqi şəxslərə, qurumlara və ya orqanlara satışı, tədarükü, ötürülməsi qadağan edilməlidir”.
Ülviyyə, Hurriyyet.az