📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Avropa Birliyi Qafqaz siyasətindən bir şey anlamır" - NAZİM CƏFƏRSOY

2023-10-19 13:02:47

"Gürcüstandan sonra Ermənistan da Avropa Birliyinə badalaq gəldikdə yenə Azərbaycanın qapısını çalacaqlar!"

"Avropa Birliyi Azərbaycanı itirmək üçün növbəti addımı da atıb. Bu çərçivədə klassik ermənipərəst açıqlamalarından birini də edib. Mənə maraqlı olan bu cür Azərbaycan əleyhdarı mətni Albaniya, Bosna və Herseqovina, Şimali Makedoniya kimi ölkələrinin dəstəkləməsinə necə imkan vermişik?" Hurriyyet.az xəbər verir ki, bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy deyib.

Politoloqun fikrincə, Avropa Birliyi Qafqaz siyasətindən bir şey anlamır. Nazim Cəfərsoy hesab edir ki, Gürcüstandan sonra Ermənistan da Avropa Birliyinə badalaq gəldikdə yenə Azərbaycanın qapısını çalacaqlar!

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az